Noyabrın 22-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə tətil müddətində şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə V sinif şagirdləri üçün "Pizza master class" tədbiri təşkil olunmuşdur.

Tədbirdə şagirdlər maraqla iştirak edərək həm yeni bacarıqlar öyrənmiş, həm də yaradıcılıqlarını nümayiş etdirmişlər. Sonda şagirdlərə təşəkkürnamələr təqdim edilmişdir.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ